CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxta yağan yağış barədə rəsmi məlumat yayıldı

Bakıya aylıq normadan artıq yağıntı düşüb
Sputnik

BAKI, 23 sentyabr — Sputnik. 2018-ci il sentyabrın 22-si axşamdan 23-ü səhərədək müşahidə olunmuş faktiki hava şəraiti açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, Milli Hidrometeorologiya Departamentindən əvvəlcədən xəbr verildiyi kimi sentyabrın 22-si hava gündüz əsasən yağmursuz keçib, lakin 22-si axşamdan 23-ü səhərədək şimşək çaxıb, arabir yağış yağıb, bəzi şimal və qərb rayonlarında leysan xarakterli intensiv olub.

Bildirilir ki, yağış Bakıda 21.0 mm (aylıq normanın 122 %-i) (norma 17.2 mm), Oğuzda 31.0 mm(aylıq normanın 42 %-i) (norma 73.7 mm), Qəbələdə 28.0 mm (aylıq normanın 36%-i) (norma 78.5 mm), Kişçayda (Şəki) 27.0 mm (aylıq normanın 41 %-i) (norma 68.1mm), Ordubadda 22.0 mm (aylıq normanın 175 %-i) (norma 12.6 mm), Mingəçevirdə 15.0 mm (aylıq normanın 60%-i) (norma 12.6 mm) olub.