VİDEO

Avtobus, yoxsa sualtı qayıq - Bakıdakı yağışın fəsadları

Güclü yağış Bakıda avtobusu qayığa döndərib
Sputnik

Bu gün Bakıya yağan güclü yağış şəhərdə gediş-gəlişə ciddi problem yaradıb. Şiddətli yağış ötən illərdə də baş vermiş bir sıra problemlərin təkrar ortaya çıxmasına səbəb olub. Bunlara küçələi su basmasını, tıxacları, minik avtomobillərinin hərəkətindəki problemləri aid etmək olar.

Lakin bu gün yağan yağış bəzi yeni problemləri də ortaya çıxarıb. Misal üçün yağış suları "Memar Əcəmi" metro stansiyasının keçidini basıb. Daha maraqlı hadisə isə sərnişin avtobusları ilə yaşanıb. Belə ki, yağış suyu sərnişin avtobusunun salonuna daxil olaraq onu hərəkət üçün yararsız vəziyyətə gətirib.