İrandakı terror nəticəsində ölənlərin sayı artır, həlak olanlardan biri jurnalistdir

Terrorçulardan ikisi hadisə yerindən qaçıb
Sputnik

BAKI, 22 sentyabr — Sputnik. İranın Əhvaz şəhərində hərbi parad zaman törədilən terror nəticəsində ölənlərin sayı 10-a çatıb.

Hadisə nəticəsində 21 nəfər yaralanıb, 2 terrorçu isə zərərsizləşdirilib.

Ölənlərdən biri jurnalistdir.

Bildirilir ki, terrorçulardan ikisi hadisə yerindən qaçıb.