Təyyarədə qəribə hadisə baş verdi: Bütün sərnişinlər....

Xəstələrə ilkin tibbi yardım göstərilib
Sputnik

BAKI, 22 sentyabr — Sputnik. Jet Airways-ə aid təyyarədə qəribə hadisə baş verib. Belə ki, təyyarədə olan sərnişinlərin uçuş zamanı qulaqları ağrımağa başlayıb, burunları qanayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Hindistanın Mumbai şəhərindən havaya qalxan təyyarədəki 30 sərnişindən çoxunda bu hal müşahidə olunub. Nəticədə göyərtəsində 166 sərnişin və 5 heyət üzvü olan təyyarə geri dönməli olub.

Xəstələrə ilkin tibbi yardım göstərilib. Sərnişinlərin vəziyyətinin yaxşılaşdığı deyilir.