CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mark Tsukerberqin başı dərddə

"Google" və "Facebook"un fəaliyyəti yoxlanıla bilər
Sputnik

BAKI, 22 sentyabr — Sputnik. ABŞ hökuməti "Google" və "Facebook" şirkətlərinin fəaliyyətini yoxlamaq niyyətindədir. 

Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. 

Məlumata görə, yoxlamaların məqsədi məşhur axtarış sisteminin və sosial şəbəkəsinin antiinhisar qanunvericiliyini pozub-pozmadığını müəyyən etməkdir. Hökumət qurumları həmçinin onlayn rejimdə fəaliyyət göstərən platformalar arasında rəqabətin qorunması və qərəzli yanaşmanın aradan qaldırılması üçün addımlar atmağı planlaşdırır.