Lavrov açıqladı: "Türkiyə ilə razılıq əldə olunub"

Rusiyanın xarici işlər naziri Suriyanın ərazi bütövlüyünə ən böyük təhdid kimi ABŞ-ı göstərib
Sputnik

BAKI, 21 sentyabr — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin arasında İdlib anlaşması ilə bağlı yeni açıqlama verib.

Sputnik Azərbaycan "Haber3"ə istinadla xəbər verir ki, Lavrov, Rusiya və Türkiyə hərbçilərinin Suriyanın İdlib şəhərində qurulacaq hərbsizləşdirilmiş zonanın sərhədləri ilə bağlı razılığa gəldiklərini açıqlayıb.

ABŞ artıq “musiqi” sifariş verə bilmir – Lavrov

Türkiyə, Rusiya və İranın Suriyanın ərazi bütövlüyü məsələsində razılaşdığını və bu məsələdə güzəştə getməyəcəyini dilə gətirən Lavrov, Suriyada ölkənin ərazi bütövlüyünü təhdid edən ünsürlərin olduğunu deyib.

Lavrov Suriyanın ərazi bütövlüyünə qarşı ən böyük təhdidin Fərat çayının şərq hissəsini idarə edən ABŞ-ın olduğuna bildirib.

ABŞ-ın bir çox ölkəyə tətbiq etdiyi sanksiyalara toxunan Lavrov tətbiq edilən son sanksiyaların dollara əsaslanan sistemin tamamilə etibarsız olduğunu bildirib.

Lavrov Rusiyanın dollar sistemindən asılı olmadan addımlar atmağa başladığını söyləyərək Türkiyə və Çin ilə milli pul vahidi ilə ticarət qərarını xatırladıb.

Dollardan imtina edən ölkələrin sayının artdığına diqqət çəkən Lavrov ABŞ-ın haqsız rəqabət apardığını vurğulayıb.