HADİSƏ

Süpürgəçilərlə seks və qardaşa qarşı qisas: Özünə unudulmaz ad günü keçirdi

Şadlıq sarayının administratoru süpürgəçi xanıma təcavüz edib, sonra isə qadınla əlaqəyə görə onu tənqid edən qardaşını bıçaqlayıb
Sputnik

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 21 sentyabr — Sputnik. Süpürgəçi xanıma olan sevgisi şadlıq sarayının administratorunu bıçağa əl atma həddinə çatdırıb. Bakıda cavan oğlan öz ad günü qardaşına qarşı ağır cinayət törədib. Bu barədə Sputnik Azərbaycan-a Yasamal rayon hüquq mühafizə orqanlarından məlumat verilib.

Qeyd edək ki, daha əvvəl Sputnik Azərbaycan xəbər verib ki, sentyabrın 18-də axşam saat 18:00 radələrində 1-ci Alatava küçəsində yerləşən evlərin birində qardaşlar arasında qanlı münaqişə baş verib. Münaqişə nəticəsində 1991-ci il təvəllüdlü Həcallı Sərxan Alxan oğlu 1990-ci il təvəllüdlü qardaşı Acalov Qaraxan Alxan oğluna bıçaqla xəsarət yetirib. Sərxan Qaraxanın sinə və qarın nahiyəsinə 3 dəfə bıçaqla zərbə endirib. Zərərçəkmiş hazırda ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsindədir. Cinayətdən dərhal sonra Həcallı soyadlı qardaş qaçaraq gizlənib.

Hüquq müdafiəçisi zorlama işinə görə telekanalı məhkəməyə verəcək
 Yasamal RPİ-nin 29-cu polis bölməsinin əməkdaşları hələ də şübhəlinin saxlanılması istiqamətində tədbirlər görürlər.

Bu arada bıçaqlanma hadisəsinin təfərrüatları bilinib. İlkin araşdırma zamanı məlum olub ki, həmin gün Sərxanın ad günü olub. Böyük qardaş Qaraxan kiçik qardaşının ad gününü qeyd etmək üçün işdən icazə alıb. Qeyd edək ki, qardaşlar eyni ünvanda yaşayıblar. Qaraxan evə gəldiyi zamanı onu qarşılayan həyat yoldaşından Sərxanın harada olduğunu soruşub. Həyat yoldaşı qapını göstərərək Sərxanın qonağı olduğunu bildirib. Böyük qardaş qapını döyür, lakin cavab gözləmədən qapını açıb və cütlüyü qucaq-qucağa görüb. Qardaşının bu cür davranışı Qaraxanın xoşuna gəlməyib və Sərxanı tənqid edib. O, qardaşına həyat yoldaşının və uşaqlarının olduğu evə yad qızı gətirməyin düzgün olmadığını bildirib.

Bu an dərhal paltarını geyinən Sərxan mətbəxə keçib və qardaşını ora çağıraraq onu bıçaqlayıb. Qardaşına ağır bədən xəsarətləri yetirdikdən sonra Sərxan evə gətirdiyi yad qızı da götürərək naməlum istiqamətdə hərəkət edib. Hazırda hər iki şəxsi polis axtarır və hələlik onlar barədə heç bir məlumat yoxdur. Yasamal rayon İstintaq İdarəsi müəyyənləşdirib ki, Sərxan Binəqədi rayonunda yerləşən "Qızıl Buta" şadlıq sarayında administrator işləyib, onun sentyabrın 18-i evə gətirdiyi qız isə həmin şadlıq sarayında süpürgəçi işləyib.

Bu arada, Binəqədi rayon Prokurorluğu təcavüz haqqında daha bir cinayət işini araşdırır. Bu işin də axtarışda olan Sərxan Həcallı ilə birbaşa əlaqənin ola bilməsi ehtimalı da var. Bu işdə bir çox şeylər üst-üstə düşür və çətin ki, bu təsadüf olsun.

Yeri gəlmişkən, bu təcavüz barədə də Sputnik xəbər vermişdi.

Belə ki, Binəqədi rayonu 5-ci polis bölməsinin ərazisində yerləşən populyar şadlıq saraylarından birinin süpürgəçisi ərizə yazaraq təcavüzün qurbanı olduğunu bildirib. Onun sözlərinə görə, sentyabrın 18-i saat 03:00 radələrində iş yerində onu Sərxan adlı administrator zorlayıb. Bu halda da şübhəli şəxs saxlanılmayıb.

Yəni, əgər biz fərz etsək ki, bu iki hadisə elə eyni Sərxanın işidir, onda belə çıxır ki, o sentyabrın 18-nə əsaslı şəkildə hazırlaşıb. Ad günü olan kimi o güc yolu ilə süpürgəçilərdən biri ilə cinsi əlaqədə olub, daha sonra digər süpürgəçini onlara tort yeməyə getməyə inandıra bilib. Lakin süpürgəçilər və özünü seks nəhəngi hiss edən administratorun cəsarətli fantaziyaları yaxşı heç nə ilə nəticələnməyib.

Bu versiya istintaq tərəfindən istisna edilmir və hazırda onun üzərində iş aparılır.