BAKI, 21 sentyabr — Sputnik. Sentyabrın 20-si saat 08.00 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsinin dəniz sahilində 30-40 yaşlarında naməlum kişi meyiti tapılıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, meyit tapılan zaman qollarında kəsilmiş xəsarətlər aşkar edilib.
Onun xarakterik əlamətləri: boyu 175 santimetr, orta bədən quruluşlu, saçlarının rəngi qaradır və arxaya daranır. Gözlərinin rəngi qəhvəyidir. Meyit tapılan zaman əynində qara cins şalvar, qara kəmər və üzərində göy, boz və çəhrayı köndələn zolaqlar olan köynək olub.
Şəxsiyyəti məlum olmayan şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Zəng Mərkəzinə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə (012) 457-57-02, həmçinin 050-393-22- 22 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.