Dəhşətli faciədə yüzlərlə adam öldü

Məlumata görə, daha 200-dən çox sərnişin itkin düşüb
Sputnik

BAKI, 21 sentyabr — Sputnik. Tanzaniyada yerləşən Viktoriya gölündə baş verən fəlakət nəticəsində 136 nəfər həlak olub.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, içində 300-dən çox sərnişin olan bərə sahildən bir neçə metr aralıda çevrilib. Hadisə sentyabrın 21-nə keçən gecə baş verib. Məlumata görə, daha 200-dən çox sərnişin itkin düşüb. Sərnişinlərin dəqiq sayı məlum deyil, amma bərənin həddən artıq yükləndiyi qeyd olunur.

İtkin düşənlərin sağ qalmasına ümid yoxdur.

Xatırladaq ki, 1996-cı ildə də həmin göldə bərə batıb. O zaman faciənin qurbanı 500 nəfər olmuşdu.