SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ATƏT PA-nın sədri: "Azərbaycanın vacib ölkəyə çevrilməsində parlamentin də rolu var"

Georgi Tsereteli: "Müasir Azərbaycan parlamenti öz sələfinin izi ilə gedərək ölkənin iqtisadi nöqteyi-nəzərdən inkişaf edib regionda vacib bir ölkəyə çevrilməsinə öz töhfəsini verib"
Sputnik

BAKI, 21 sentyabr — Sputnik. "Azərbaycanda ilk parlament 100 il bundan əvvəl yaradılıb. Bu tarix Azərbaycan xalqının inkişafa, çiçəklənməyə nə qədər sadiq olduğunu nümayiş etdirir".

Spiker: "AXC parlamenti dövlətçilik məfkurəsinin inkişafında mühüm rol oynayıb"

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda çıxış edən ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli bildirib.

"Biz bu tarixi nəzərdən keçirərkən görürük ki, bu, yalnız tarixi nöqteyi-nəzərdən deyil, gələcək üçün çox böyük əhəmiyyət kəsb edir. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması müasir Azərbaycanın yaranmasına, onun güclənməsinə, ölkədə müxtəlif sahələrin inkişafına, ölkənin iqtisadi və maddi suverenliyinin möhkəmləndirilməsinə öz töhfəsini verib" — deyə Tsereteli vurğulayıb.

"Bu müasir "Alov qüllələri"nin kölgəsində dayandığımız zaman biz Azərbaycan irsini artıq hiss edə, Azərbaycanın müstəqillik tarixində əldə etdiyi nailiyyətləri görə bilərik. Müasir Azərbaycan parlamenti öz sələfinin izi ilə gedərək ölkənin iqtisadi nöqteyi-nəzərdən inkişaf edib regionda vacib bir ölkəyə çevrilməsinə öz töhfəsini verib" — o, əlavə edib.