BAKI, 21 sentyabr — Sputnik. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatlarına əsasən 2015 — 2017-ci illər üzrə şizofreniya diaqnozu ilə dispanser müşahidəsində olan xəstələrə dair statistik məlumatlar açıqlanıb.
Sputnik Azərbaycan-ın Statistika komitəsinə göndərdiyi sorğuya cavabda bildirilir ki, 2015-ci ildə 16344 nəfər şizofreniya xəstəsi qeydə alınıb, onlardan 9647 nəfəri kişi, 6697 nəfəri isə qadın olub. 2016-cı ilin statistikasında isə bu say 16535 nəfər olub. Qeydə alınanlardan 9677 nəfəri kişi, 6858 nəfəri qadın olub.
2017-ci ilin statistikasına görə, şizofreniya xəstələrinin sayı artıb. 16710 nəfər rəsmi olaraq qeydə alınıb. Onlardan 9696 nəfər kişi, 7014 nəfər isə qadındır.