ABŞ-dan terrorçulara böyük yardım: 250 yük maşını silah

ABŞ terror təşkilatı PYD/PKK-nın dəstəkçisi Suriya Demokratik Qüvvələrinə (SDG) 250 yük avtomobili ağır silah və hərbi təchizat göndərib
Sputnik

BAKI, 21 sentyabr — Sputnik. ABŞ PKK terror təşkilatının Suriya qolu olan YPG-nin yaradığı "Suriya Demokratik Qüvvələri"nə yardımı davam etdirir.

Sputnik Azərbaycan "Haber3"ə istinadla xəbər verir ki, SDG mənbələri ABŞ-ın onlara 250 yük avtomobili ağır silah və müxtəlif hərbi avadanlıq göndərdiyini bildirirlərb. ABŞ bu silahları SDG-nin Suriyada İŞİD-in nəzarətində olan Heccin rayonunda əməliyyat aparması adı altında göndərib.

Qeyd edk ki, Heccin rayonu ətrafında qarşıdurmalar şiddətlənib. SDG, ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın dəstəyi ilə bu bölgədə əməliyyatlarını sürətləndirib.

SDG sözçüsü Kino Qabriel ABŞ və koalisiya qüvvələrinin İŞİD ilə mübarizə çərçivəsində onlara silah dəstəyi verdiyini bildirib.

SDG-yə göndərilən silahların Heccinde İŞİD-ə qarşı istifadə edildiyi bildirilsə də, Ankara bu silahların PKK-nın Suriyadakı qolu YPG tərəfindən Türkiyəyə qarşı istifadə edilməsi riskini vurğulayır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ hökumətinin indiyədək YPG-yə 5 min yük avtomobili və 2 min yük təyyarəsi silah göndərdiyini açıqlamışdı.