FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Promo, reklam, hədiyyələr, poliqrafiya: Bakıda ilk tematik sərgi

Sputnik

20-22 sentyabr tarixlərində "Boulevard Hotel Baku" otelində ilk dəfə olaraq 1-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri "AdPrint 2018" və 1-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları "Gift & Promo Fair 2018" sərgiləri keçirilir.

AdPrint-2018 sərgisində Azərbaycan, Rusiya və Yaponiyanın aparıcı şirkətləri reklam işini bütün növ və müxtəliflikləri ilə təqdim edir. Yerli şirkətlər stendlərdə öz xidmətlərini, həmçinin müasir texnikanı və proqram təminatını, xammal materiallarını və son məhsulu təqdim edirlər.

1-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları "Gift & Promo Fair 2018" sərgisi müxtəlif kateqoriyalarda suvenirlərin geniş çeşidini təqdim etməklə yanaşı, hədiyyəlik məhsullar, interyer əşyaları, qab-qacaq, bayram məhsulları, biznes-suvenirlər, korporativ hədiyyələr, zərgərlik əşyaları və s. bu kimi məhsulların istehsalı sahəsində qlobal inkişafı əks etdirir.

Debüt edən "Gift & Promo Fair 2018" sərgisində Azərbaycan, Almaniya, İndoneziya, Qazaxıstan, Çin, Rusiya və Ukraynanı təmsil edən şirkətlər iştirak edir. Sərgidə əl işi olan suvenirlərin yaradılması üzrə "master-klaslar" da təşkil olunub.

Sputnik Azərbaycan 1-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri Sərgisi "AdPrint" və 1-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları "Gift & Promo Fair 2018" sərgisinin informasiya tərəfdaşıdır.

1 / 8
1-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri "AdPrint 2018" sərgisi
2 / 8
1-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri "AdPrint 2018" sərgisi
3 / 8
1-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri "AdPrint 2018" sərgisi
4 / 8
1-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri "AdPrint 2018" sərgisi
5 / 8
1-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri "AdPrint 2018" sərgisi
6 / 8
1-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri "AdPrint 2018" sərgisi
7 / 8
1-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri "AdPrint 2018" sərgisi
8 / 8
1-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri "AdPrint 2018" sərgisi