CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Küçələrin işığına qənim kəsilənlər tutuldu

Baş vermiş hadisə ilə bağlı araşdırmalar davam edir
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 sentyabr— Sputnik. Zaqatalada maraqlı oğruluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinə sentyabrın 5-dən 17-dək olan müddətdə şəhər ərazisində küçələrin işıqlandırılmasında istifadə edilən 450 metr elektrik naqilinin kəsilərək oğurlanması barədə müraciət daxil olub. Dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və oğurluğu törətməkdə şübhəli bilinən Cavidan Süleymanov və Rövşən Cavadlı saxlanılıb.

Baş vermiş hadisə ilə bağlı araşdırmalar davam edir.