CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı pəhləvanlar hamını mat qoydular

Pəhləvan qardaşlar bundan əvvəl ABŞ, Ukrayna, Rusiya, İtaliya, Türkiyə və Gürcüstan televiziyalarında yayımlanan layihələrdə də uğurla çıxış ediblər
Sputnik

BAKI, 20 sentyabr — Sputnik. Qubalı pəhləvan qardaşlar Kolumbiyada keçirilən beynəlxalq festivalda çıxış ediblər.

Sputnik Azərbaycan xəbər verir ki, Laçın və Hüseyn Abdulhüseynovlar kolumbiyalı tamaşaçıları öz qeyri-adi nömrələri ilə təəcübləndirməyi bacarıblar. Azərbaycanlı pəhləvanların kolumbiyalı izləyiciləri güc nümayişini həyəcan və alqışlarla izləyiblər.

Sentyabrın 19-da Kolumbiyanın paytaxtı Boqota şəhərində təşkil olunan Beynəlxalq Yumor Festivalına xüsusi qonaq qismində qatılan qardaşların çıxışı bu ölkənin məşhur “Caracol” televiziyası vasitəsilə yayımlanacaq.

Qeyd edək ki, pəhləvan qardaşlar  bundan əvvəl ABŞ, Ukrayna, Rusiya, İtaliya, Türkiyə və Gürcüstan televiziyalarında yayımlanan layihələrdə də uğurla çıxış ediblər.