Türk ordusu qonşu ölkə ərazisində əməliyyata başlayıb, öldürülənlər var

Aviazərbələr nəticəsində 8 terrorçu zərərsizləşdirilib
Sputnik

BAKI, 19 sentyabr — Sputnik. Türkiyə Silahlı Qüvvələrin İraqın şimalında anti-terror əməliyyatı keçirib. Bu barədə Sputnik Azərbaycan"Anadolu" agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr İraqın şimalında olan Hafta və Qara bölgələrinə aviazərbələr endirib. Aviazərbələr nəticəsində 8 terrorçu zərərsizləşdirilib.

Türkiyə Silahlı Qüvvələrindən verilən açıqlamada əməliyyatların davam etdiriləcəyi istisna edilməyib.