HADİSƏ

Qısqanclıq zəminində daha bir qətl: Kürdəmir sakini qonşusunu güllələdi

Kürdəmir rayon Polis şöbəsinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Mübariz Əhmədov saxlanılıb
Sputnik

BAKI, 19 sentyabr — Sputnik. Kürdəmir rayonunda 30 yaşlı kişi qonşusu tərəfindən güllələnərək öldürülüb.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Cəfər Cabbarlı küçəsində qeydə alınıb.

Belə ki, Kürdəmir rayon sakini, Nəsrəddin Tusi küçəsi, 3a ünvanında qeydiyyatda olan 44 yaşlı Mübariz Əlirza oğlu Əhmədov qısqanclıq zəminində qonşusu, 30 yaşlı Elsəvər İbrahimxəlil oğlu Məmmədovu ov tüfəngi ilə vurub. Yaralı ağır vəziyyətdə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Cərrahiyyə şöbəsinə yerləşdirilərək dərhal əməliyyata alınıb. Ancaq həkimlərin səyinə baxmayaraq, E.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

Kürdəmir rayon Polis şöbəsinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Mübariz Əhmədov saxlanılıb.

Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır.