BAKI, 18 sentyabr — Sputnik. Türkiyənin Afyonkarahisar bölgəsində sərnişin avtobusunun su kanalına aşması nəticəsində 8 nəfər ölüb, 28 nəfər yaralanıb. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, hadisə Damlalı Boğazı yaşayış məntəqəsində baş verib.
Məlumata əsasən, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.