Gələcəyin avtomobili: Teslanın uçuşu kameralara düşdü - VİDEO

Teslanın sərnişini və sürücüsü yüngül xəsarət alaraq yerli xəstəxanaya gedib
Sputnik

BAKI, 18 sentyabr — Sputnik. Kanadanın Barri şəhərində Teslanın S elektroavtomobil modelinin uçma anı müşahidə kameralarına düşüb. Sputnik AzərbaycanRusiya mətbuatına istinadla xəbər verir ki, Barri şəhər polisi avqustun 28-də saat 20.30 radələrində qara rəngli 2016-cı il Tesla S modelinin dəmiryolu keçidini görmədən sürətlə keçdiyi barədə məlumat verib.

Ərazinin relyefi 46 yaşlı sürücü ilə acı zarafat edib. Belə ki, bu ərazidə yol tramplinə bənzədiyi üçün Tesla relslərin üzərinə düşən kimi havaya qalxıb. Bundan sonra o 30 metr getdikdən sonra sürücü idarəetməni itirib və Assikinak məktəbinin parklama yerinə düşüb. Xoşbəxtlikdən orada adam olmayıb. Teslanın sərnişini və sürücüsü yüngül xəsarət alaraq yerli xəstəxanaya gedib. Sürücü müalicədən sonra həbs edilib. 

Crash Animation Studios əməkdaşları hadisənin vəziyyətini araşdırıb və əsas motivi ortaya qoyan qısa bir video hazırlayıb. Teslanın uçmasına səbəb saatda 200 kilometrdən çox sürətlə hərəkət etməsi olub.