QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ekspert: “Regionda baş verən hadisələr geopolitik dəyişikliklərlə bağlıdır”

Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov deyir ki, Naxçıvan istiqamətində problemlər yaransa, Ermənistanda vəziyyət qarışacaq
Sputnik

Rizvan Hüseynov: “Ermənistanın hakimiyyəti qərb yönümlü görsənməyə çalışır”
“Son vaxtlar Cənubi Qafqaz regionunda baş verən hadisələr böyük dövlətlərin çəkişmələri və geo-politik dəyişikliklərlə bağlıdır”. Bunu Sputnik Azərbaycan Multimedia Mərkəzində keçirilən tədbirdə Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov deyib.

Ekspert bildirib ki, Ermənistanın hazırkı hakimiyyəti özünü qərb yönümlü göstərməyə çalışır: “Bunun nə qədər həqiqət olduğunu zaman göstərəcək. Biz bilirik ki, Rusiyanın Ermənistanda müstəsna nüfuzu var və burada mövqelərini qorumaq istəyir. Rusiyanın dəstəyi ilə siyasi dəyişikliklər baş versə, Naxçıvan istiqamətində problemlər yaransa, Ermənistanda vəziyyət qarışacaq”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz