CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident strateji yolla bağlı qərar verdi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3 milyon manat ayrılıb
Sputnik

BAKI, 18 sentyabr — Sputnik. Prezident İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi (81 km)-Biləsuvar avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamla Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi (81 km)-Biləsuvar avtomobil yolunun yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3 milyon manat ayrılıb.