BAKI, 18 sentyabr — Sputnik. Sentyabr ayının 18-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi sentyabrın 17-si ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub. Avro/manat məzənnəsi 1.9876 manata qalxıb, rubl/manat məzənnəsi 0,0249 manata, türk lirəsi isə 0,2688 manata düşüb.
Qeyd edək ki, sentyabrın 17-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.9781 manata, 1 rubl 0,0250 manata, 1 türk lirəsi isə 0,2757 manata bərabər idi.