FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Bakı metrosunda canlı musiqi

Sputnik

Milli Musiqi Günü münasibətilə Bakı metropoliteninin stansiyalarında musiqiçilərin canlı ifalarından ibarət konsert proqramı təşkil edilib.

"Bakı metropoliteni" ASC-nin rəhbərliyi Milli Musiqi Günü münasibətilə öz sərnişinlərini orijinal şəkildə təbrik etmək qərarına gəlib. Metronun dörd stansiayasının vestibülündə musiqiçilərin canlı ifaları səslənib. Onlar Azərbaycan bəstəkarlarının klassik əsərlərini, xalq mahnılarını və muğamları ifa ediblər.

Konsertlər metronun "İçərişəhər", "Sahil", "28 May" və "Elmlər Akademiyası" stansiyalarında keçirilib. Hər stansiyada musiqiçilər 1,5 saat çıxış ediblər. Zamanın bir hissəsi klassik musiqiyə, qalanı isə xalq mahnılarına və muğamlara ayrılıb.

Bakı metropoliteninin bu təşəbbüsü sərnişinlər tərəfindən müsbət qarşılanıb. Demək olar ki, metroya düşən və çıxan sərnişinlərin hər biri ayaq saxlayaraq musiqilərə qulaq asıblar. Onlar Azərbaycan musiqi yaradıcılığının gözəl nümunələrini dinləyərkən müsbət enerji alıblar.

Qeyd edək ki, Azərbaycan Milli Musiqi Günü hər il 18 sentyabrda — ölkədə professional musiqinin əsasını qoymuş Üzeyir Hacıbəylinin ad günündə qeyd olunur. 1995-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.

1 / 10
Bakı metropolitenində Milli Musiqi Günü münasibətilə konsert
2 / 10
Bakı metropolitenində Milli Musiqi Günü münasibətilə konsert
3 / 10
Bakı metropolitenində Milli Musiqi Günü münasibətilə konsert
4 / 10
Bakı metropolitenində Milli Musiqi Günü münasibətilə konsert
5 / 10
Bakı metropolitenində Milli Musiqi Günü münasibətilə konsert
6 / 10
Bakı metropolitenində Milli Musiqi Günü münasibətilə konsert
7 / 10
Bakı metropolitenində Milli Musiqi Günü münasibətilə konsert
8 / 10
Bakı metropolitenində Milli Musiqi Günü münasibətilə konsert
9 / 10
Bakı metropolitenində Milli Musiqi Günü münasibətilə konsert
10 / 10
Bakı metropolitenində Milli Musiqi Günü münasibətilə konsert