VİDEO

"Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün Osmanlıdan yardım istədi"

Sputnik Azərbaycan Multimedia Mərkəzində müasir Türkiyə-Azərbaycan əməkdaşlığının tarixi əsasları mövzusunda tədbir keçirilib.
Sputnik

Bu gün Azərbaycanda və bölgədə ən çox müzakirə olunan mövzulardan biri Türkiyə-Azərbaycan münasibətləridir. İqtisadi sahədə artan əməkdaşlıq, genişlənən hərbi-texniki əlaqələr bir çox ekspertlərin fikrincə, möhkəm tarixi əsaslara söykənir. 

Müasir Türkiyə-Azərbaycan əməkdaşlığının əsasında nələrin dayandığı, tarixin iki ölkənin qarşılıqlı fəaliyyətinin əsas vektorunun formalaşmasına necə təsir etməsi barədə Sputnik Azərbaycan Multimedia mərkəzində keçiriləcək dəyirmi masada Qafqaz tarixi mərkəzinin direktoru, siyasi icmalçı Rizvan Hüseynov, tarix elmləri doktoru — Firdovsiyyə Əhmədova, AMEA Tarix institutunun şöbə müdiri Natiq Məmmədzadə danışıblar.