RUSİYA

Sergey Şoyqudan hərbi əməliyyatları dayandırmaq vədi

Bundan əvvəl Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan İdlibdə hərbsizləşdirilmiş zonanın yaradılması barədə razılıq əldə ediblər
Sputnik

BAKI, 18 sentyabr — Sputnik. Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Suriyanın İdlib əyalətində hərbi əməliyyatlar aparılmayacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, Şoyqu bunu Türkiyə müdafiə naziri Hülusi Akarla imzaladığı İdlib memorandumunu şərh edərkən deyib.

Rəsmi Dəməşqin sözügedən ərazidə hərbi əməliyyatı dayandırmağa razı olduğunu bildirən Şoyqu yaxın saatlarda onlzrla bütün detalların razılaşdırılacağını deyib.

Bundan əvvəl Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan İdlibdə hərbsizləşdirilmiş zonanın yaradılması barədə razılıq əldə ediblər.