BAKI, 17 sentyabr — Sputnik. Rusiyanın Ermənistandakı Cənub Hərbi Dairəsi (CHD) bazasının hərbçiləri döyüş hazırlığının yoxlanılması üçün təlim həyəcan siqnalı ilə ayağa qaldırılıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə CHD-nin mətbuat xidmətinin rəhbəri, polkovnik Vadim Astafyev bildirib.
Onun sözlərin görə, təlimlərə Rusiya hərbi bazasının bütün birləşmələrinin və hərbi hissələrinin döyüş hazırlığı cəlb olunub. Təlimlər Alagöz və Kamhud poliqonlarında həyata keçiriləcək.