BAKI, 17 sentyabr — Sputnik. Şəhər yollarında piyada təhlükəsizliyinin artırılması işləri davam etdirilir. Bu barədə Sputnik Azərbaycan Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Məlumata əsasən, vətəndaş müraciətləri əsasında, mütəxəssislərin araşdırmaları nəticəsində əvvəlcədən müəyyən edilən yerlərdə yeni eyni səviyyəli piyada keçidləri təşkil edilib, yararsız halda olanlar isə yenilənib.
BNA-dan bildirilib ki, yeni tədris ilinin başlanması ilə əlaqədar qeyd edilən işlər daha çox orta məktəb binalarının ətrafındakı yollarda həyata keçirilib.