BAKI, 17 sentyabr — Sputnik. Türkiyənin Muş şəhərində 18 il əvvəl iki ailə arasında bir nəfərin ölümü ilə nəticələnən hadisə baş verib. Alagün kəndində yaşayan Gülər və Yalçının ailələrində dava düşüb. 2000-ci ildə baş verən davada Emin Yalçın öldürülüb. Qanlı dava 18 il davam edib.
Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadən xəbər verir ki, nəhayət uzun illərdən sonra bu hadisə sülhlə yekunlaşıb. Nəticədə 600 nəfərin bir araya gələrək barışıq elan edib. İki ailəyə aid qohumlar birləşərək illərin düşmənçiliyinə son qoyublar.