TƏHLİL

Fazil Talıbov: “İlk DOST mərkəzi ilin sonuna kimi istifadəyə veriləcək”

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyin mətbuat katibi Fazil Talıbov deyir ki, agentliyin fəaliyyətinin təmin edilməsi üçün müvafiq ana sənədlər hazırlanır
Sputnik

Fazil Talıbov: “İlk mərkəzin harada fəaliyyətə başlayacağı ilə bağlı müzakirələr gedir”
“DOST agentliyinin fəaliyyətinin təmin edilməsi üçün müvafiq ana sənədlər hazırlanır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyin mətbuat katibi Fazil Talıbov deyib.

“Sənədlər Azərbaycan I vitse prezidentinin katibliynə yaxın zamanlarda təqdim ediləcək. Bundan sonra həmin sənədlərin Prezident İlham Əliyev tərəfindən təsdiq edilməsi gözlənilir. Hazırda ilk DOST mərkəzinin Bakı şəhərinin hansı rayonunda fəaliyyətə başlayacağı ilə bağlı müzakirələr gedir. Hesab edirik ki, proqrama uyğun olaraq ilin sonuna kimi ilk DOST mərkəzi açılıb istifadəyə veriləcək”.

Geniş şərhə audiofaylda qulaq asa bilərsiniz