CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının Azərbaycanın paytaxtına çevilməsinin 100 illiyi

Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti 1918-ci il sentyabrın 17-də Gəncədən Bakıya köçüb
Sputnik

BAKI, 17 sentyabr — Sputnik. AXC hökuməti Gəncədən Bakıya köçüb.

Qafqaz İslam Ordusu 1918-ci il sentyabrın 15-də Bakını "Sentrokaspi diktaturası" hökumətindən və daşnak tör-töküntülərindən təmizlədikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti 1918-ci il sentyabrın 17-də Gəncədən Bakıya köçüb. Bakı rəsmən Cümhuriyyətin paytaxtı elan edilib.

Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Nazirlər Şurası Bakıda verdiyi ilk bəyanatda bolşeviklərin "Bakı Kommunası"nın və eser-menşevik-daşnak "Sentrokaspi" hökumətinin qəbul etdiyi bütün qərar və dekretlərin öz qüvvəsini itirdiyini, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin milli, dini ayrı-seçkilik etmədən ölkənin bütün əhalisinin hüquqlarını qoruyacağını bəyan edib.