HADİSƏ

Ağstafada silahlı basqın: Quldurlarla böyük çarpışma baş verib

Aptek sahibinin evinə silahlı basqının şok təfərrüatı ortaya çıxdı
Sputnik

İlham Mustafa, Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 17 sentyabr — Sputnik. Ağstafa Rayon Polis Şöbəsinin əməklaşları aptek sahibinin ailəsinə edilən silahlı basqının üstünü "isti izlərlə" açıb. Bu barədə Sputnik Azərbaycan-a Ağstafa rayonunun hüquq-mühafiqə orqanlarından məlumat verilib.

Gecə saat iki radələrində silahlanmış iki nəfər maskalı şəxs Mustafayevlərin yaşadığı evə soxulub

Məlumata görə, sentyabrın 16-dan 17-nə keçən gecə Azər Mustafayevin evinə iki nəfər qara maskalı şəxs hücum edib. Həmin vaxt ev sahibləri yatırmış. Cinayətkarlar Azər Mustafayevin oğlu — Fövqəladə Hallar Nazirliyinin zabiti Əmirxan Mustafayevin yataq otağına daxil olublar. Onlar Ə.Mustafayevin başına "Kalaşnikov" avtomatının qundağı ilə vuraraq kəllə sümüyünü qırıblar.

Oğrular Əmirxan Mustafayevə baş nayihəsindən xəsarət yetiriblər

Polisin məlumatına görə, Əmirxanın qışqırıq səsinə atası Azər Mustafayev yuxudan oyanıb. A.Mustafayev oğlunun otağına daxil olaraq avtomatdan yapışıb və onu cinayətkarın əlindən almağa cəhd göstərib. Mustafayev avtomatın lüləsini tavana doğru tutub və bu vaxt atəş açılıb. Səs-küydən qorxan quldurlar qaçmağa üz tutublar. Onladan biri qaçıb aradan çıxsa da, Azər Mustafayev digərini tutaraq hadisə yerinə gələn polisə təhvil verib. Qaçmış cinayətkar isə səhər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Ev sahibi Azər Mustafayev isə Sputnik Azərbaycan-a hadisənin təfərrüatını bir qədər fərqli danışıb. Onun sözlərinə görə, gecə saat iki radələrində silahlanmış iki nəfər maskalı şəxs evə soxulub. Onlardan birində "Kalaşnikov" markalı avtomat silah olub. Çağırılmamış qonaqlar ev sahiblərini silahla hədələyərək onlardan pul tələb ediblər. Özünü itirməyən ev sahibi silahlı şəxslə əlbəyaxa olub. Bu zaman silahdan iki dəfə atəş açılıb.

Güllərdən biri Azər Mustafayevin sağ qolunu sıyırıb keçib. Digəri isə evin tavanına dəyib. Bundan sonra ev sahibinin oğlu Əmirxan Mustafayev də oğrunu zərərsizləşdirmək üçün mübarizəyə qoşulub. Bu zaman 29 yaşlı Əmirxan baş nahiyəsindən xəsarət alıb. Silahın qundağı onun başına dəyib. Ev sahibləri basqınçılardan birini zərərsizləşdirib və öz ilə gətirdiyi iplə əlini bağlayıb polisə xəbər veriblər.

Hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, bəlli olub ki, saxlanılan şəxslər əvvəllər məhkumluq həyatı yaşamış, 1963-cü il təvəllüdlü yerli sakin Araz Budaqov və 1972-ci il təvəllüdlü Ceyhun Novruzovdur. O da məlum olub ki, Budaqov 20 il həbsdə yatıb və möhkəm narkotik aludəçisidir.

Bakıda əxlaqsız hərəkətlər edən xalauşaqları saxlanılıb

Onun cinayət ortağına gəlincə, hadisə zamanı istifadə edilən "Kalaşnikov" avtomatı Novruzova məxsus olub. Sonuncu 90-cı illərin əvvəllərində daxili qoşunlarda xidmət edib və o zamandan oğurladığı avtomatı gizlədərək özündə saxlayıb. Həmin dövrlərdə ölkədə qeyri-sabitlik olduğundan, avtomatın oğurlanmasının heç kəs fərqinə varmayıb.

Cinayətkarların atdığı güllələrdən biri Azər Mustafayevin sağ qolunu sıyırıb

Yeri gəlmişkən, haqqında AR Cinayət Məcəlləsinin 228-ci maddəsi (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) ilə cinayət içi açılan Novruzov 90-cı illərdə təkcə 1 avtomat gizlətməyib.

İstintaq zamanı saxlanılan şəxslər bildiriblər ki, onlar Mustafayevin aptek sahibi olduğundan xəbərdar imişlər. Ümid ediblər ki, əgər Mustafayevin evindən pul tapmasalar da, qızıl mütləq tapacaqlar.

Hazırda saxlanılmış şəxslərin digər cinayətlərdə də iştirak edib-etmədiyi araşdırılır.