"Manqhut" 13, "Florens" 11...

Filippin və ABŞ-da təbii fəlakətlərin qurbanlarının sayı 25 nəfərə çatıb
Sputnik

BAKI, 16 sentyabr — Sputnik. Dünyanın müxtəlif yerlərində təbii fəlakətlər tüğyan etməkdə davam edir. Sputnik Azrbaycan xəbər verir ki, Filippin və ABŞ-da təbii fəlakətlərin qurbanlarının sayı 25 nəfərə çatıb.

Filippində "Manqhut" qasırğası 13 nəfərin ölümünə səbəb olub. Daha 5 nəfər itkin düşmüş sayılır. Qasırğa ölkənin şimal-qərb sahillərinə sentyabrın 14-ü axşam çatıb. Bəzi adalarda küləyin sürəti saatda 170 kilometrə, dalğaların hündürlüyü isə 6 metrə çatır.

ABŞ-da isə "Florens" tufanı nəticəsində ölənlərin sayı 11 nəfər olub. Hazırda küləyin sürəti bir qədər azalaraq saatda 75 kilometrə düşüb. Amma sel təhlükəsi qalır. Çünki güclü külək yağıntılara səbəb olub.