Türk hərbçiləri təhlükəli terrorçunu məhv etdilər

Murat Akdoğanın cəsədinin aşkar olunub və onun məhv edilməsi təsdiqini tapıb
Sputnik

BAKI, 16 sentyabr — Sputnik. Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən axtarışda olan daha bir təhlükəli PKK terrorçusu İraq ərazisində məhv edilib.

Sputnik Azərbaycan xəbər verir ki, Türkiyə qırıcılarının İraqın şimalındakı Avaşin-Basyan bölgəsinə endirdiyi aviasiya zərbəsi nəticəsində zərərsizləşdirilən terrorçulardan biri Ali Gever ləqəbli Murat Akdoğan olub.

Murat Akdoğanın cəsədinin aşkar olunub və onun məhv edilməsi təsdiqini tapıb.