Birdən birə 2 milyard dolları kasıblara payladı

Bezos 164 milyard dollar sərvəti olmasına baxmayaraq çox az xeyriyyə işləri görməsinə görə tənqid edilirdi
Sputnik

BAKI, 16 sentyabr — Sputnik. Amazonun yaradıcısı Cef Bezos evsizlərə yardım etmək və yeni məktəblər tikmək üçün yaratdığı vəqfin fonduna 2 milyard dollar bağışladığını açıqlayıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, adı Bezos Day One Fund (Bezos İlk gün Fondu) olaraq açıqlanan fond evsiz ailələrə yardım edən dərnək və vəqfləri maliyyələşdirməklə yanaşı yoxsul məhəllələrdə mənfəət gözləməyən – pulsuz bağçalar yaradacaq.

Bezos 164 milyard dollar sərvəti olmasına baxmayaraq çox az xeyriyyə işləri görməsinə görə tənqid edilirdi.

Qeyd edək ki, Bezos bağışladığı pul haqqında Tvitter səhifəsində məlumat verib. O, "təhsil bir boşluğu doldurmaq deyil, bir alov yandırmaqdır. Və bu atəşin tezliklə yandırılması hər bir uşaq üçün əhəmiyyətlidir. Mənə bu günə qədər təkliflərlə gələn hər kəsə təşəkkür edirəm" deyə qeyd edib.

Xatırladaq ki, Bezosun 1994-cü ildə yaratdığı “Amazon”un bu ay 1 trilyon dollar dəyəri olub.