Türk tarixinin şahidi: 2,7 min illik möhür tapıldı

Bu qala bütün dövlətlərin mədəniyyətin görüb
Sputnik

BAKI, 16 sentyabr — Sputnik. Harput Qalasının araşdırma aparan arxeoloqların rəhbəri professor İsmayıl Aytac müsahibəsində maraqlı məlumat verib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Urartu dövründə tikilən Harput qalasına daha sonra Roma, Sasani, Bizans, Abbasilər, Səlcuqlar və nəhayət Osmanlı İmperiyası sahiblənib. Bu qala bütün dövlətlərin mədəniyyətinə şahidlik edib. 

Eramızdan əvvəl VII yüzilliyə aid möhür

Professor deyib ki, qalada nadir mədəniyyət nümunələri tapılıb. Hətta Urartu dövlətinə xas olan möhür aşkar edilib. Aytac bildirib ki, bu Urartu dövlətində tikilən qaladır və onlara xas olub. Tarixdə dövlətlər bir-birini əvəz etdikcə, qalaya da sahibləniblər.

Möhür eramızdan əvvəl 7-ci yüzilliyə aiddir. Onun səlahiyyət sahibi olan kişiyə aid olduğu təxmin edilir.