CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşaqlarımızın 9 aylıq sirdaşı: Bu günün səhv seçimi, gələcəyin fəsədı ola bilər

Boyun sürətlə artdığı bu dövrdə tək tərəfli yüklənmə onurğada yana əyriliklərə səbəb ola bilər.
Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 16 sentyabr — Sputnik.
Sabahdan yeni tədris ili başlayır. Demək olar ki, bütün valideynlər məktəb üçün lazım olan dərs vəsaitlərini bacardıqları qədər almağa çalışıblar. Kimisi bahalısını, kimisi ucuzunu. Hərə öz imkanı daxilində.

İbtidai siniflərdə dərs yükü azaldılacaq

Uşaqların məktəb ləvazimatları arasında ən önəmli vəsait məktəb çantalarıdır. Çünki uşaq 9 ay — bütün tədris ili boyunca bu çanta ilə təmasda olur, onu daşıyır, yanında və ya kürəyində gəzdirir.

Valideynlər uşaqlarının rahatlığını düşünməklə yanaşı, maddi vəziyyəti də göz önünə aldıqları üçün çox zaman çanta seçimində diqqətli olmurlar. Onlar seçim zamanı yüngül və ucuz çantalara daha çox üstünlük verirlər. Mütəxəssislərin fikrincə isə çanta seçimi çox önəmli bir prosesdir. Əgər uşaq kiçik siniflərə gedirsə, bu daha böyük əhəmiyyət kəsb edir.

Mütəxəssislər ilkin inkişaf dövründə olan uşaqların uyğun olmayan çantalardan istifadəsinin gələcək illərdə qalıcı sağlamlıq problemləri yaradacağını bildirir.

Bəs sağlamlığa zərər vurmayan məktəbli çantası necə olmalıdır?

Sputnik Azərbaycan bu suala terapevt Məlahət Abbasovadan cavab alıb.

Həkimin sözlərinə görə, ideal çanta seçimi sağlamlıq üçün çox əhəmiyyətlidir. Xüsusilə şagirdlərin məktəbə gedərkən istifadə etdikləri çantaların düzgün seçilməsi çox önəmlidir.

Onun sözlərinə görə, çanta alarkən edilən səhv seçim uşağın duruşuna zərər vura bilər: "Düzgün seçilməyən çanta çiyin, boyun, kürək, bel ağrıları, belin əyilməsi, əlin keyiməsi və s. digər problemlərə səbəb ola bilər. Ağır çanta çiyində tək tərəfli daşınırsa (adətən uşaqlar çantanı onlar üçün daha rahat olan sağ çiyində daşıyırlar), qalıcı problemlərə səbəb ola bilər. Belə ki, uzun müddət təktərəfli ağır çanta daşımaq çiyində ödəmlərə və yırtıqların yaranmasına səbəb olur. Ağır çantanı tək tərəfli daşımaq onurğa sütunun əyilməsinə və ya beldə qabarıqlar yaranmasına səbəb ola bilər".

Ağır çantanı tək tərəfli daşımaq əzələlərdə gərginliyə, ənsədə və başda ağrılara da səbəb ola bilər. Ağır və nazik asqıları olan çiyin bölgəsindən əl və qola gedən damar və sinirlərə təzyiq göstərək ağrı və keyiməyə səbəb ola bilər.

Bəzi müəllimlərin dərs yükü və əməkhaqqı artacaq

Həkim qeyd edir ki, çiyin çantası uşağın çəkisinin 15 faizindən çox olmamalıdır.

"Çantanın asqıları möhkəm və ensiz olmamalıdır. Dar asqısı olanlar çiyinin bəlli nöqtəsinə təzyiq edərək ağrı və keyiməyə səbəb olur. Möhkəm asqılar bel, boyun və kürəkdəki bağ əzələlərinə zərər verir" — deyə o bildirib.

Həkim qeyd edir ki, çanta ağırlaşdıqca və daşıma müddəti uzandıqca, boyun önə doğru əyilir və bədənə düşən ağırlıq dağılır.

Çanta tək tərəfli daşındığı zaman isə "skolyoz" adlanan onurğa sütunun yana əyrlikləri xəstəliyi müşahidə edilir.

Ağırlığın tək tərəfə yönəldilməsi həmin tərəfi deformasiya edir. Boyun sürətlə artdığı bu dövrdə tək tərəfli yüklənmə onurğada yana əyriliklərə səbəb ola bilər.

Həkimin sözlərinə görə, uşaqlar üçün bel bölgəsi yastıqlı olan çantalara üstünlük vermək lazımdır: "Belə çantalar ağırlığın doğru şəkildə yayılmasına kömək edir. Çantanın boş vəziyyətdə ağırlığı çox olmamalıdır. Çantanın dolu ağırlığı uşağın çəkisinin 10-15 faizi qədər olmalıdır. Belə ki, ibtidai sinif şagirdlərində bu 3-4 kiloqram, digər sinif uşaqlarında isə 5-8 kiloqramdan artıq olmamalıdır. Çantanın asqıları bərabər olmalıdır, əks halda düzgün olmayan bel bağları beldə ağrıların yaranmasına səbəb olur.

Balaca məktəblinin böyük yükü

Çanta ağır və ya tək tərəfli olarsa bu çiyin ağrılarına gətirib çıxara bilər.

Çanta seçərkən aşağıdakı detallara fikir vermək lazımdır:

Geniş yumşaq asqılı olan kürək çantaları seçin.

Dərslik müəllifi olmaq şansınız var

Cüt asqılı kürək çantaları seçin, tək tərəfli olanlar yükü bərabər paylaşmır.

Çantanın arxa tərəfi yumşaq yastıqlı olmalıdır. Əks halda kitabları kənarları və ya digər obyektlər çiyinə və ya belə zərər verə bilər.

Çanta seçərkən belə kəmərlə bağlananlara üstünlük verin. Çünki bu kəmər ağır yükün bərabər şəkildə paylanmasını təmin edir.

Boş olan zaman ağırlığı az olan çantalara üstünlük verin.

Təkərli çantalar uşaqlar üçün daha rahatdır.

Həkim qeyd edir ki, bəzən uşaqlar kürək çantalarını tək tərəfli aparmağa üstünlük verir. Valideynlər buna xüsusi diqqət yetirməlidir. Çantanın asqıları çanta bədənə yapışacaq qədər olmalıdır. Çanta ilə beliniz arasındakı məsafə 5 sm olmalıdır. Buna görə çantanın asqılarını uyğunlaşdırın.