Adnan Oktara "bacılar"dan daha bir zərbə — VİDEO

Pars təşkilatın bütün işləri ilə bağlı polisə məlumat verib
Sputnik

BAKI, 15 sentyabr — Sputnik. Adnan Oktara daha bir yaxını xəyanət edib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, 30 ildən artıqdır Adnan Oktar qrupunda olan Ayça Pars 120 səhifəlik ifadəsində təşkilatın sirlərini açıb.

Məlumata görə, 30 ildir Oktarın yanında olan və təşkilatın rəhbərliyində "bacılar" qrupunda yer alan Ayça Pars azadlığa buraxılıb.  Baş verənlər barədə etirafla çıxış edən qadın peşman olduğunu bildirib. Pars təşkilatın bütün işləri ilə bağlı polisə məlumat verib.

Ayça Parsın 30 il əvvəl İstanbulda Adnan Oktarın təbliğat qrupuna aldanaraq təşkilata qatıldığı müəyyən edilib. Pars etirafçı olduqdan sonra azadlığa buraxılıb və təşkilatın uzun illər görüşmə qadağası qoyduğu anası ilə birlikdə ailəsinin yanına qayıdıb.