RUSİYA

Rusiya XİN Xəzərin dibi ilə boru çəkilməsi üçün şərti açıqlayıb

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalanıb
Sputnik

BAKI, 14 sentyabr — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov bildirib ki, Xəzər dənizinin dibi ilə boru çəkilişi Xəzəryanı ölkələrinin istənilən birinin qarşı çıxması təqdirdə mümkünsüzdür. Sputnik Azərbaycan xəbər verir ki, bunu Bratçikov "Kommersant" nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Xəzər dənizinin statusuna dair Konvensiyada bildirilir ki, tərəflər sənədlərdə göstərilən ekoloji tələblər və standartlara uyğun gələcəyi təqdirdə magistral borular çəkə bilər.

O, həmçinin əlavə edib ki, ətraf mühitə təsirin qiymətləndirilməsi (Environmental Impact Assessment) protokolunda hər bir ölkənin hərtərəfli ekoloji ekspertizada iştirak etmək hüququ verir.

Qeyd edək ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalanıb.

Toplantıda Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin, İran prezidenti Həsən Ruhani və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov iştirak edib.

1992-ci ildən Xəzərin hüquqi statusu barədə konvensiya ilə bağlı sahil dövlətlərinin ikitərəfli və çoxtərəfli görüşləri başlayıb.