Nyu-Yorkdakı Yüksək moda həftəsində Rihannanın alt paltarı kolleksiyasını nümayiş etdirməsi ekspertlər tərəfindən "ziddiyyətli şou" adlandırılıb. Müğənni öz xəttini nümayiş etdirmək üçün təkcə peşəkar manekenləri deyil, podium etalonlarından uzaq fiquraya malik adi qadınları da çağırıb. Bundan əlavə, amerikalı hamilə supermodel Slik Vuds podiuma, demək olar ki, çılpaq çıxıb.
Nümayişin ən yaddaqalan hissəsi isə Bella və Cici Hadid bacılarının çıxışı olub.
Yeni paltar kolleksiyası Savage x Fenty adlanır.