SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Paşinyan hökuməti və ermənilərin AŞPA-dakı dəyişən hədəfləri

Komitə sədri: "Ermənistanda proseslər başqa müstəviyə keçib və bir-biri ilə mübarizəyə başlayıblar"
Sputnik

BAKI, 14 sentyabr — Sputnik. "Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) mövcud nümayəndə heyətinin tərkibi dəyişmək istiqamətindədir. Mövcud nümayəndə heyətinin əsas heyəti sabiq hakimiyyətdən olanlardır. İndi bunlar çalışırlar ki, hansısa formada ölkənin rəhbəri Nikol Paşinyanın təyin edəcəyi nümayəndə heyətinin tərkibinə düşsünlər. Ona görə də Paşinyanın demək istədiyi və dediyi sözləri təkrar edirlər, xüsusilə Dağlıq Qarabağ ilə bağlı. Bu da gülünc bir vəziyyətə gətirib çıxardır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov komitənin bu gün keçirilən iclasında deyib.

Komitə sədri bildirib ki, Ermənistanın daxilində gedən proseslər başqa müstəviyə keçib, onlar bir-birilə mübarizəyə başlayıblar: "Ümumiyyətlə, Paşinyan hökuməti nüfuzdan düşür və bir qədər sonra yalnız regionda deyil, dünyada və beynəlxalq səviyyədə biz bunun canlı şahidi olacağıq".

O, diqqətə çatdırıb ki, bütün dünya, o cümlədən Avropa Şurasının özü də Dağlıq Qarabağın Azərbaycana aid olması ilə bağlı konkret qətnamələr qəbul edib və heç kəs bunu inkar edə bilməz.