CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan-İran əlaqələrində mətbuatın rolu qeyd olundu

"Son 3 ildə Azərbaycan və İran mediası arasında əlaqələr sürətlə inkişaf edib"
Sputnik

BAKI, 14 sentyabr — Sputnik. Bu gün Azərbaycan Mətbuat Şurasında İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat katibi Məhəmmədrza Nəcəfinin Azərbaycanda görəvinin sona çatması ilə bağlı tədbir keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə diplomatik korpusun nümayəndələri, KİV rəhbərləri, jurnalistlər iştirak ediblər.

Qeyd edək ki, Məhəmmədrza Nəcəfi son üç ildir ki, Azərbaycanda İran İslam Respublikası səfirliyinin mətbuat katibi vəzifəsini icra edir.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan mediası ilə İran İslam Respublikasının Azərbaycandakı səfirliyi arasında əlaqələrin çox yaxşı olduğunu diqqətə çatdırıb: "Bu işdə səfir Cavad Cahangirzadə, mətbuat katibi Məhəmmədrza Nəcəfinin də əməyi az deyil. Son 3 ildə Azərbaycan və İran mediası arasında əlaqələr sürətlə inkişaf edib".

Amaşov vurğulayıb ki, yaxın gələcəkdə İran və Azərbaycan media nümayəndələri arasında qarşılıqlı səfərlər təşkil olunacaq. 

İran prezidenti Donald Trampın sirrini açdı: "Hər gün..."

Daha sonra çıxış edən İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə ölkələr arasında əlaqələrin inkişaf etdirilməsində medianın rolunu xüsusi vurğulayıb: "Media sahəsi olduqca əhəmiyyətlidir. Azərbaycan mediası olduqca sürətli mediadır. Səfir vurğulayıb ki, İran prezidenti Həsən Ruhani də son səfəri zamanı qeyd etdiyimi kimi Azərbaycanın inkişafı, İranın inkişafıdır. İranın inkişafı Azərbaycanın inkişafıdır. Azərbaycanın təhlükəsizliyi İranın təhlükəsizliyi, İranın təhlükəsizliyi isə Azərbaycanın təhlükəsizliyidir. Bəzi qüvvələr Azərbaycan və İran arasında münasibətlərin yaxşı olmasından narahatdırlar. Bu narahatlığın qarşısının alınması istiqamətdə hər iki ölkənin mediasının oynadığı rol danılmazdır".

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat katibi Məhəmmədrza Nəcəfi isə çıxışı zamanı İran – Azərbaycan əlaqələri həm rəhbərlik, həm də xalqlar arasında olduqca yüksək səviyyədədir: "Biz bundan sonra da əlaqələrin bu səviyyədə qalması üçün çalışmalıyıq"..

O, xatırladıb ki, o, 3-cü dəfədir Azərbaycandadır: "20 il əvvəl mən Bakıda, 14 il əvvəl isə Naxçıvanda 3 il müddətinə olmuşam. Son 3 il isə Azərbaycan paytaxtında olmuşam. Adam sadəcə ölkə rəhbərliyinin bu illər ərzində gördüyü işləri görəndə heyrətlənir. Bu inkişaf hər bir sahədə özünü göstərir"

Məhəmmədrza Nəcəfi Azərbaycan və İran mediasında əlaqələrin inkişafında göstərdiyi səylərə görə Azərbaycan Mətbuat Şurasının diplomu ilə təltif olunub, ona xatirə hədiyyəsi verilib.