Bu gün Azərbaycanda və bölgədə ən çox müzakirə olunan mövzulardan biri Türkiyə-Azərbaycan münasibətləridir. İqtisadi sahədə artan əməkdaşlıq, genişlənən hərbi-texniki əlaqələr bir çox ekspertlərin fikrincə, möhkəm tarixi əsaslara söykənir. Məhz bu istiqamətlər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərinin əsasını təşkil edir.
Müasir Türkiyə-Azərbaycan əməkdaşlığının əsasında nələrin dayandığı, tarixin iki ölkənin qarşılıqlı fəaliyyətinin əsas vektorunun formalaşmasına necə təsir etməsi barədə sentyabrın 17-də 12.00-da Sputnik Azərbaycan Multimedia mərkəzində keçiriləcək dəyirmi masanın gedişində danışacaqlar:
— Rizvan Hüseynov – Qafqaz tarixi mərkəzinin direktoru, siyasi icmalçı,
— Firdovsiyyə Əhmədova — tarix elmləri doktoru,
— Natiq Məmmədzadə – AMEA Tarix institutunun şöbə müdiri.
Əlaqə vasitələri:
Telefonlar: 404-13-84/85,
E-mail: i.velizade@rian.ru.
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə, Beynəlxalq Mətbuat Mərkəzinin binası.