Zəngin "dilənçi" hər kəsi təəccübləndirdi

Dilənçidən götürülən pullar arasında İsveç kronu, Nepal rupisi, sanskrit əlifbası ilə yazılmış Hindistan rupisi, rus rublu da olub
Sputnik

BAKI, 14 sentyabr — Sputnik. İstanbul Pendikdə azərbaycanlı dilənçi yaxalanıb. Sputnik AzərbaycanTürkiyə mətbuiatına istinadla xəbər verir ki, Sabiha Gökçen hava limanında dilənçilik şəxsin üzərindən valyuta dəyişmə məntəqlərində belə olmayan 15 cür fərqli valyuta götürülüb.

Pendik Bələdiyyəsinin polis idarəsinin qrupları tərəfindən saxlanılan vətəndaşın üzərindən 2500 lirə, 530 avro, 421 dollar götürülüb. Bununla yanaşı onun üzərində Səudiyyə Ərəbistanı realı, Qətər realı, Küveyt dinarı, Birləşmiş Ərəb Əmirlikləri dirhəmi, Ümman Sultanlığına aid real və baisa olmaqla 6 Körfəz ölkəsinin valyutası tapılıb. Körfəz ölkələrinə aid valyutalarla bilikdə Livan lirəsi və Liviya dinarı da götürülüb.

Dilənçidən götürülən pullar arasında İsveç kronu, Nepal rupisi, sanskrit əlifbası ilə yazılmış Hindistan rupisi, rus rublu da olub.

Məlumata görə, dilənçidən ümumilikdə 12 min lirə (2 min dollar) pul götürülüb.