Atatürkü təhqir edən qız məhkəmədə də bu əməlini davam etdirib

Məhkəmədə Safiyə İnci yenidən təhqir xarakterli sözlər işlədib
Sputnik

BAKI, 13 sentyabr — Sputnik.  Anıtkabirdə Mustafa Kamal Atatürkü təhqir edərək video çəkib paylayan Safiyə İnci barədə məhkəmə davam edir. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmə araşdırmanın davam etdirilməsinə qərar verib.

Safiyə İnci isə elədiyi hərəkətə görə çox utandığını desə də, əslində Atatürkü növbəti dəfə təhqir etməkdən də çəkinməyib. 

"Çox israr etdikləri üçün gəlmişəm. Atatürkü heç sevmirəm. Türkiyəni də Atatürk xilas etməyib" — deyən Safiyə İnci məhkəmədə də Atatürkün ünvanına yenidən təhqir xarakterli ifadələr işlədib.

Qeyd edək ki, Safiyə İnci Atatürkü təhqir etdiyi üçün həbs edilib və hal-hazırda məhkəmə prosesi gedir.