RUSİYA

Polis abidədəki "Əbədi məşəl"i söndürən şəxsi axtarır

Ağlasığmaz olay: Adam əlindəki su çəlləyi ilə əbədi məşələ yaxınlaşıb və onu söndürüb
Sputnik

BAKI, 13 sentyabr — Sputnik. Polis Ulan-Udedəki Böyük Vətən Müharibəsi illərində həlak olanların şərəfinə qoyulmuş memorialdakı "Əbədi məşəl"i söndürən vandalı axtarır.

Sputnik Azərbaycan-ı məlumatına görə, bunu RİA Novosti-yə Buryatiya Respublikasının Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

"Hadisəni törədən şəxs axtarılır və onun baş vermə şəraiti müəyyənləşdirilir" — deyə mətbuat xidməti bildirib.

Meriyanın məlumatına görə, həmin vandal hərəkəti müşahidə kamerası qeydə alıb.

"Kameranın obyektivinə düşən kadrlarda naməlum cavan oğlan Böyük Vətən Müharibəsi illərində Qorki adına mikrorayondakı hospitalda ölən yaralılara həsr olunmuş memoriala çəlləklə gətirdiyi mayeni töküb. Onun bu hərəkəti nəticəsində artıq "Əbədi məşəl" yanmır" — qurumdan bildiriblər.

Hazırda meriyanın da əməkdaşları hadisəni araşdırmaqla məşğuldur.