CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının azad olunmasının 100 illiyi ilə bağlı beynəlxalq simpozium işə başlayıb

Simpoziumun təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və Türkiyə Respublikasının Atatürk Araşdırma Mərkəzidir
Sputnik

BAKI, 13 sentyabr — Sputnik. Prezident İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" və "2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında" sərəncamlarına uyğun olaraq, sentyabrın 13-də Bakıda "Birinci Dünya müharibəsi dövründə Osmanlı dövləti — Azərbaycan əlaqələri və Qafqaz İslam Ordusu" mövzusunda beynəlxalq simpozium işə başlayıb.

Simpoziumun təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və Türkiyə Respublikasının Atatürk Araşdırma Mərkəzidir.

Konfrans iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Bakıdakı Türk şəhidliyini ziyarət ediblər. Simpozium iştirakçıları daha sonra AMEA-nın dairəvi zalında təşkil olunan Tarix İnstitutunun elmi nəşrlərinin sərgisi ilə tanış olublar.

Konfrans iştirakçıları Ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra beynəlxalq elmi konfransı giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açıb. Akif Əlizadə bildirib ki, Xalq Cümhuriyyəti Azərbaycan tarixində xüsusi mərhələ təşkil edir: "Prezident İlham Əliyevin Xalq Cümhuriyyəti ilə bağlı sərəncamları Cümhuriyyət qurucularının xatirəsinə böyük ehtiramdır".

AMEA-nın prezidenti qeyd edib ki, türk-müsəlman Şərqində ilk parlamentli respublika olan Xalq Cümhuriyyəti dünya tarixinin ən demokratik dövlət qurumlarından biridir: "15 sentyabr 1918-ci ildə Bakı şəhərinin erməni-bolşevik işğalından azad edilməsi Azərbaycan tarixinin ən şanlı hadisələrindəndir. Bakının azad olunması ilə şəhər Azərbaycanın paytaxtına çevrildi və erməni-bolşevik dəstələrinin xalqımıza qarşı törətdikləri soyqırımlar dayandırıldı".

AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib ki, Bakının azad edilməsi Azərbaycanın dövlətçilik tarixində çox mühüm hadisədir: "Uzun zaman Azərbaycan Şirvanşahlar dövlətinin mərkəzi olmuş Bakı 1918-ci ildə yenidən paytaxt statusu aldı".

AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov

Tarixçi alim bildirib ki, Azərbaycan və türk hərbi qüvvələri 1918-ci ildə erməni-bolşevik dəstələrinə qarşı birgə savaşmışlar.

Prezident İlham Əliyev Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda Bakının azad olunmasını belə xarakterizə edib: "Azərbaycanın Milli Ordusu 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-bolşevik dəstələrindən, işğaldan azad etmişdir və bizim qədim tarixi şəhərimiz olan Bakını Azərbaycan xalqına qaytarmışdır".

"Bakının azad olunması, heç şübhəsiz, Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun fəaliyyəti olmaqla yanaşı, həm də Azərbaycan xalqının özünün böyük qəhrəmanlıq göstəricisidir. Qeyd edək ki, Nuru paşanın rəhbərliyi altında olan hərbi qüvvələr Azərbaycan xalqından təcrid olunmuş halda və Azərbaycanın milli hərbi qüvvələri ilə əməkdaşlıq etmədən üzərinə götürdüyü tarixi vəzifələri layiqincə yerinə yetirə bilməzdi.

Bakının azad olunmasında Azərbaycan xalqının çox böyük rolu var. Düzdür, o vaxt Osmanlı dövləti bizə kömək etdi, amma o zaman xalqımız da ayağa durdu. Bu hadisədə xalq könüllülərimiz, o cümlədən generallarımız çox böyük rol oynadı.

1 / 8
"Birinci Dünya müharibəsi dövründə Osmanlı dövləti — Azərbaycan əlaqələri və Qafqaz İslam Ordusu" mövzusunda keçirilən beynəlxalq simpozium
2 / 8
"Birinci Dünya müharibəsi dövründə Osmanlı dövləti — Azərbaycan əlaqələri və Qafqaz İslam Ordusu" mövzusunda keçirilən beynəlxalq simpozium
3 / 8
"Birinci Dünya müharibəsi dövründə Osmanlı dövləti — Azərbaycan əlaqələri və Qafqaz İslam Ordusu" mövzusunda keçirilən beynəlxalq simpozium
4 / 8
Simpozium iştirakçıları Şəhidlər Xiyabanını ziyarət ediblər
5 / 8
Simpozium iştirakçıları Şəhidlər Xiyabanını ziyarət ediblər
6 / 8
Simpozium iştirakçıları Şəhidlər Xiyabanını ziyarət ediblər
7 / 8
Simpozium iştirakçıları Şəhidlər Xiyabanını ziyarət ediblər
8 / 8
Simpozium iştirakçıları Şəhidlər Xiyabanını ziyarət ediblər

Nuru paşa uzun hərbi xidmət yolu keçmiş Əliağa Şıxlinskinin təcrübəsinə və onun hazırlıq səviyyəsinə böyük hörmətlə yanaşırdı. Həbib bəy Səlimov isə Əlahiddə Azərbaycan Korpusunun qərargah rəisi və Qafqaz İslam Ordusunun Cənub qrupunun rəhbəri idi", — deyə institut direktoru bildirib.

Konfransın təşkilatçılarından biri olan Türkiyənin Atatürk Araşdırma Mərkəzinin başqanı, professor Mehmet Ali Beyhan Tarix İnstitutu ilə sıx əməkdaşlıqdan bəhs edib və iki elmi qurumun birgə fəaliyyətini yüksək qiymətləndirib.

Daha sonra konfransda Azərbaycanın baş nazirinin müavini Əli Əhmədov, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Əhməd Haluk Dursun və Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral çıxış ediblər.

Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Əhməd Haluk Dursun

Beynəlxalq elmi konfransda Azərbaycan, Türkiyə və dünyanın digər ölkələrindən olan alimlər məruzələrlə çıxış ediblər. Konfransda "Qafqaz İslam Ordusunun formalaşmasında və fəaliyyətində Azərbaycan milli hərbi qüvvələrinin rolu", "Osmanlı imperiyasının xarici siyasətində İrəvanın ermənilərə verilməsi məsələsi", "Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin Gəncə dövrü: iyun böhranı", "Azərbaycan Xalq Cümhuriyyəti dövlət xadimlərinin Bakının azad edilməsində siyasi-diplomatik mübarizəsi", "Böyük dövlətlərin Bakını ələ keçirmək siyasəti Almaniyanın arxiv sənədlərində", "Bakı nefti və Azərbaycan Xalq Cümhuriyyətinin dövlət müstəqilliyinin tanınması məsələsi" və digər mövzularda maraqlı məruzələr dinlənilib.

Simpozium sentyabrın 16-dək davam edəcək.