İQTİSADİYYAT

ABŞ borc içində batır, büdcə kəsiri 1 trilyon olacaq

Ümumilikdə ABŞ-ın 21,3 trilyon dollardan çox borcu var
Sputnik

BAKI, 13 sentyabr — Sputnik. ABŞ-da büdcə kəsirinin bu il 1 trilyon dollara çatacağı gözlənilir.

Sputnik Azərbaycan "Bloomberght"ə istinadla xəbər verir ki, ABŞ Konqresinin büdcə ofisinin (CBO) hesabatına görə, ölkədə büdcə kəsiri avqust ayından etibarən 895 milyard dollara yüksəlib.

Büdcə kəsiri ötən ilin eyni dövrü ilə müqayisədə 221 milyard dollar (33 faiz) artıb.

Hesabatda həmçinin hökumətin gəlir və xərcləri arasındakı fərqin ilin sonundan etibarən 1 trilyon dollara çatacağı proqnozu əksini tapıb.

ABŞ-ın hər il büdcə kəsiri səbəbindən 21,3 trilyon dollardan çox borcu var.