CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səfər Mehdiyev: “Gömrükdə sıxlıq aşağı salınıb”

“Gömrük orqanlarında islahatlar və nəticələri" mövzusunda hesabat konfransı keçirilib
Sputnik

BAKI, 12 sentyabr — Sputnik. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi 8 aylıq hesabatını təqdim edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu gün keçirilən “Gömrük orqanlarında islahatlar və nəticələri" mövzusunda keçirilən hesabat konfransında çıxış edən komitə sədri Səfər Mehdiyev 8 aylıq hesabat barədə danışarkən yeni gömrük idarələrinin yaradıldığını qeyd edib: “Son dövrlərdə Gömrük Komitəsində struktur dəyişiklikləri aparılıb. Azərbaycan gömrük komitəsinə Avropada tətbiq edilən yeni model gətirilib. Bunun nəticəsidir ki, “Qırmızı körpü” sərhəd məntəqəsində çox vaxt müşahidə edilən sıxlıq azalıb. Belə ki, gün ərzində rezident və ya qeyri-rezident 6 min insan keçirdisə, yay aylarında bu rəqəm 17 minə qalxsa da, güclü  sıxlıq müşahidə edilməyib”.

Azərbaycanda gömrük əməkdaşı rüşvət üstündə həbs olundu

Səfər Mehdiyev Azərbaycan-Gürcüstan sərhəddindəki "Sınıq Körpü" gömrük-keçid məntəqəsində gözləmələri azaltmaq üçün Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Ticarətin Asanlaşdırılması Mərkəzi tikildiyini də diqqətə çatdırıb: "Mərkəzi bu ayın sonunda istifadəyə veriləcək". 

O həmçinin bildirib ki, gömrük işinin keyfiyyətinin artırılması üçün bu ilin yanvar-avqust aylarında komitənin əməkdaşlarının sayı, təxminən, 250 nəfər artırılıb. 

Bundan başqa, onun sözlərinə görə, 8 ay ərzində aparılan işlər nəticəsində 6 155 qanun pozuntusu aşkar edilib: "Bunlardan 458-i cinayət xarakteli daşıyıb və dəyəri 6,135 mln. manat olub".