VİDEO

Aptekdə ajiotaj: Koala özünə dərman almağa gəldi

Avstraliyanın Portlend şəhərciyində bala koala düz üç dəfə aptekə girib
Sputnik

ViralHog blogger kanalında Avstraliyanın Portlend şəhərciyində aptekə girməyə çalışan koalanın videosu yayımlanıb. Bu həvəskar video sosial şəbəkələrdə populyarlaşıb.

Koala düz üç dəfə aptekə girərək rəflər arasında özündən razı şəkildə dolaşıb. Sonra işçilər heyvanı aptekdən qovublar və o, parklama yerinə qaçıb.

Sonuncu dəfə aptek işçiləri onu qutuya qoyaraq heyvan xilaskarlarını gözləyiblər ki, balacanı aparıb meşəyə buraxsınlar.