CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"iPhone" sevənlər baxsın: Yeni smartfon belə olacaq – QİYMƏT

Məlumata əsasən qurğu 6,1 düym ekranla təchiz olunacaq
Sputnik

BAKI, 11 sentyabr — Sputnik. Sosial şəbəkələrdə "iPhone Xc" modelinin yeni fotoları yayımlanıb. Sputnik Azərbaycan xəbər verir ki, yayılan şəkillərdə "iPhone X" büdcə versiyası əks olunub.

Məlumata əsasən qurğu 6,1 düym ekranla təchiz olunacaq.

Fotolardan məlum olur ki, "iPhone Xc" yenilənmiş "iPhone 8 Plus", "iPhone 5c" və "iPhone X" modelləri aralığında bir model olacaq. Yeni qurğunun qiymətinin 700 – 860 dollar aralığında olacağı gözlənilir.

Qeyd edək ki, "Apple" şirkəti yeni "iPhone"-ları sentyabrın 12-i təqdim edəcək.